AXCP sədrinin müavini, jurnalist Seymur Həziyə verilən 30 sutkalıq həbs cəzası bitib.

Modern.az xəbər verir ki, həyat yoldaşı Nigar Həzinin bildirdiyinə görə, Seymur Həzi bu gün azadlığa çıxıb.

Xatırladaq ki, Seymur Həzi oktyabrın 17-də həbs olunmuşdu. İddia olunur ki, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında telefonla yüksək səslə danışarkən söyüş söyüb. Bu zaman polis əməkdaşları ona irad bildirib, intizama dəvət etsələr də, S.Həzi onların göstərişinə əməl etməyib, müqavimət göstərib.
S.Həzi isə bildirir ki, o, həyat yoldaşını gözləyərkən mülki geyimli üç nəfər onu tutub, 34-cü polis bölməsinə, oradan da Xətai Rayon Məhkəməsinə aparıb.

Xətai Rayon Məhkəməsinin 17 oktyabrda çıxardığı qərarla əvvəlcə 15 sutkalığa həbs olunub. Lakin Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədov sözügedən qərardan apelyasiya şikayəti verib və S.Həzinin cəzasının sərtləşdirilməsini istəyib. Həmin apelyasiya şikayətinə oktyabrın 29-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən prosesdə S.Həzinin həbs müddəti 30 sutkaya qaldırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here