Toy deyəndə ağıla iki şəxsin xoşbəxtliyini ətrafı ilə paylaşacağı an yada düşülür. Hansı ki, həmin toy həmin iki şəxsin və ətrafının əylənməsi, deyib-gülməsindən ibarət olmalıdır. Azərbaycan toyu dedikdə isə ağıla ilk gələn orada veriləcək yeməklərdir. Yəni, açıq demək gərəkərsə, Azərbaycan toyları yemək üzərinə köklənir.

 

Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan toylarının hazırki durumuna öz etirazını dilə gətirib.

 

O, bildirib ki, toylarda bir növ yemək verilməli və ordan yığılan pullar isə ehtiyaclarını ödəmək üçün evlənən gənclərə verilməlidir.

Sabir Rüstəmxanlının sözlərinə görə toylarımızın bu durumda olmasınan səbəb restoran mafiyalarının işidir:

 

“Qazan, doldur toyxana mafiyasının ciblərini…Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”

 

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, o, bu haqda Sabir Rüstəmxanlıdan da əvvəl xeyli danışıb və etirazını bildirib.

 

Sosioloq qeyd edib ki, toy adətlərini Sabir Rüstəmxanlının dediyi kimi də qurmaq düzgün deyil.

 

“Toyları ancaq Bakı adətlərinə görə qurmaq da düzgün deyil. Toylarımızdakı hazırkı durumu yoluna qoymaq üçün ən yaxşı yol o olar ki, Mədəniyyət Nazirliyi, Folklor İnstitutu və başqa qurumlar birlikdə yeni bir toy modeli ortaya qoysunlar. Bu elə bir model olmalıdır ki, burada insanlar həm daha çox şənlənsin, həm də xərc az olsun. Toylarımızın hazırkı durumu sosial bəladır, burda eybəcərliklər baş verir ki, bu da Azərbaycan xalqı üçün utancverici vəziyyətdir”.

Əhməd Qəşəmoğlu bildirib ki, elə bir toy modeli fikirləşmək lazımdır ki, o yalnız Bakı üçün xas olmasın:

 

“Hər şəhərin, rayonun özünəxas ənənələri var. Biz elə modellər fikirləşməliyik ki, həm rayonlara uyğun, həm də onun modifikasiya olunmuş formaları da olsun. Əsas məsələ toydakı yeyib-içmək deyil, orda əylənmək və yığılan pulun toy yiyəsinə çatmasıdır. Bunun üçün bizim qarşımızda duran ən ciddi qüvvə toy mafiyalarıdır. Bir şəbəkə var ki, onlar bu formaların olmasını istəmir. Onlar sadəcə şadlıq evi şəbəkələrini düşünür, çünki orada böyük fayda görür. Toylarla bağlı bu sosial bəlanın yığışdırılmasına tək əlac inzibati yoldur. Maarifləndirmə işi onsuz da uzun illərdir ki, aparılır. Dövlət bu dəqiqə bu işlərə əncam çəkməli və göstəriş verməlidir. Necə ki, Naxçıvanda Vasif Talıbov bu barədə göstəriş verib və israfçılığı aradan qaldırıb, eynilə belə etmək lazımdır”.

 

Sosioloq qeyd edib ki, Mədəniyyət Nazirliyi ancaq konsertlər təşkil etmək üçün fəaliyyət göstərməməlidir:

 

“Mədəniyyət Nazirliyinin hansısa bir qurumu mütləq bu vəziyyətə nəzarət etməlidir. Çünki toy xalqın mədəniyyətinin göstəricisidir. Əgər biz bu işləri toy mafiyasının əlindən ala bilsək, insanlarda yaradıcı münasibət də yaranacaq. Toy edərkən oradakı şənliyi düşünmək lazımdır ki, insanların xərci də az çıxsın”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here