Sakit okeanın Bugenvil adasında referendumun keçirilməsinə nəzarət edən komissiya səslərin sayılmasını başa çatdırıb: ada əhalisinin 97 faizi Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etmək fikrini dəstəkləyib.

“The New Zealand Herald” xəbər verir ki, referendumda iştirak edənlərin 176 min 928 nəfəri müstəqillik, 3 min 43 nəfəri isə Papau-Yeni Qvineyanın tərkibində geniş muxtariyyət üçün səs verib.

Ümumilikdə komissiya tərəfindən 181 min 67 bülleten qeydiyyata alınıb.

Qeyd edək ki, Bugenvil adasının Papua-Yeni Qvineyadan ayrılaraq müstəqillik əldə etməsi ilə bağlı referendum 23 noyabrdan 7 dekabra qədər iki həftə ərzində davam edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here