İsveç və İran arasında hər iki istiqamət üzrə uçuşlar Tehranın hava limanı yaxınlığında Ukrayna təyyarəsinin qəzası ilə bağlı müvəqqəti dayandırılıb.

Bu barədə İsveç Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar qəza və mülki aviasiya təhlükəsizliyi ətrafındakı qeyri-müəyyənlik səbəbindən verilib.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyindən sözügedən qəzada həlak olanlar arasında 17 vətəndaşlarının olduğu bildirilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here