Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri  Kopusunun elit hərbi bölməsi öz üzərinə götürüb. SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə etiraf edib ki, aviaqəza barədə öyrənəndə ölmək istəyib.

Bu barədə TASS məlumat yayıb.

“Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə faciənin şahidi olmamaq üçün ölmək istədim”, – deyə general etiraf edib.

Hacızadənin sözlərinə görə, İran Hava Hücumundan Müdafiə Sistemi təyyarəni qanadlı raketlə dəyişik salıb.

“Biz bütün məsuliyyəti qəbul edirik və hökumətin verdiyi tapşırıqları yerinə yetirməyə hazırıq”, – deyə general yekunlaşdırıb.

Xatırladaq ki, yanvarın 8-də Tehran aeroportundan havaya qalxan Ukraynanın sərnişin təyyarəsi uçuşdan az müddət sonra qəzaya uğrayıb. Həmin vaxt göyərtədə 167 sərnişin və 9 heyət üzvü olub.

Yanvarın 10-da İran tərəfi təyyarənin təsadüfən vurulduğunu etiraf edib. Qəzaya səbəb kimi “insan faktoru” göstərilib. İran Prezidenti Həsən Ruhani istintaqın davam edəcəyini, təqsirkarların isə cəzalandırılacağını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here