43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salahın namizədliyi qeydə alınıb. Bizimsesimiz.info xəbər verir ki, bu barədə Kəramət Salahın Seçki Qərargahından məlumat verilib. Millət vəkilliyinə namizəd Kəramət Salahın Seçki Qərargahından verilən məlumata görə Seçki Qərargahının üzvləri 7 yanvar tarixində imzatoplama kompaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada Dairə Seçki Komissiyasına (DSK) təqdim edilib. Dairəs Seçki Komissiyasından namizəd vəsiqəsini alarkən Kəramət Salah DSK sədri Həsən Məmmədov ilə görüşmüş müqəddəs Qurani- Kərim kitabını hədiyyə etmişdir. Qeyd edək ki, yanvarın 12-də 43 saylı Sumqayıt üçüncü Dairə Seçki Komissiyası Kəramət Salahın namizədliyini qeydə alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here