Bu gün səyahət və turizm saytı olan Ailetravel.net-in yaradılmasından 3 il ötür.
Ailetravel.net saytı 2017-cü ildən fəaliyyət göstərir və 4 dildə fəaliyyət göstərir.
Saytın yaradılmasında məqsəd turizmlə,səyahətlə bağlı faydalı məlumatları maraqlı şəkildə təqdim olunmasıdır.Bu gün Ailetravel.net Azərbaycanın media məkanında turizmlə bağlı saytlar arasında ən populyar saytlardan birinə çevrilib.
Saytın rəhbəri  jurnalist İmran Kərimli Bizimsesimiz.info-ya açıqlamında bildirdi ki,qarşıya   qoyulan məqsəd inkişaf edib gələcəkdə peşəkar yaradıcı kollektiv formalaşdıraraq ölkədən həmçinin dünya ölkələrindən reportajlar,verilişlər hazırlamaq ilə onları daha geniş oxucu kütləsinə çatdırmaqdır.
Bizimsesimiz.info-nun kollektivi adından 3 yaşının tamam olması münasibətilə Ailetravel.net saytının kollektivini və oxucularını təbrik edirik!

Bizimsesimiz.info

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here