43 saylı Sumqayıt üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Emil Məmmədlinin Seçki Qərargahının

                                                 BƏYANATI

43 saylı Sumqayıt üçüncü dairəsində növbədənkənar parlament seçkiləri kütləvi qanun pozuntuları və saxtakarlıqlar şəraitində başa çatmışdır. Seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə otağı elə təşkil olunub ki, müşahidəçilər normal müşahidə aparmaq imkanına malik olmayıblar. Bütün məntəqələrdə daşınmaz seçki qutuları çoxlu sayda bülletenin salınmasına imkan verən formada hazırlanıb.Əksər məntəqələrdə şəffaf olmayan qutular aşkar edilib. Təblıiğat kampaniyasının başlanğıcından seçki gününün sonuna qədər dövlətin bütün inzibati resursları bir namizədin xeyrinə səfərbər edilib.
Seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılması prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur.
Ümumi dəyərləndirmə onu göstərir ki, 09 fevral 2020-ci il növbədənkənar parlament seçkisi siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində, keçirilib.
Seçki günü baş verən kütləvi və kobud qanun pozuntularının seçicilərin həqiqi iradəsini müəyyən etməyə imkan vermədiyini və rəsmi elan olunmuş nəticələri tanımadığımızı bəyan edir, dairə üzrə seçkilərin etibarsız sayılmasını və təkrar seçkilərin təyin olunmasını tələb edirik.

Bizimsesimiz.info

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here