«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyanın təhsil naziri Sergey Kravtsova müraciət edərək, məktəblərdə «müqədəs Valentin günü»nün qadağan olunmasını istəyib.

Deputat bu «bayram»ın gerçək məqsədlərindən və kimlər üçün nəzərdə tutulduğundan danışıb.

«Bu «bayram» dəyər olaraq, məhəbbətdən tamamilə uzaqdır və ötəri, sintetik, tamamilə qeyri-ənənəvi bir uydurmadır. Bu «bayram» ailə, qadın və kişi münsibətləri barədə deyil, daha çox hansısa ötəri hissələr, intriqalar barədədir» – Milonov qeyd edib.

Bununla yanaşı, deputat hesab edir ki, 14 fevralın qadağan olunması məktəblərdən kənara çıxmamalıdır. Nədən ki, «liberallar üçün bayram etməyə bir şey qalmaz».

«Onlar öz vətəndaş tərəfdaşlıqlarını necə qeyd edərlər – qocalmış liberal jurnalist və gənc fəalcıq? Bu «bayram» onlar üçündür. Biz bu insanları məyus edə bilmərik. Onlar mənəvi şikəst olsalar da, hüquqları heç cür tapdalana bilməz» -deyə, deputat fikirinə  yekun vurub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here