Türkiyədə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.

“Bu gün 5 035 test aparıldı, onlardan 561-inin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 2 433 koronavirusa yoluxma var. Biz daha 15 pasiyenti itirdik, ölənlərin ümumi sayı 59 nəfərə çatdı”, – deyə nazir “Twitter”dəki səhifəsində yazıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here