Xəstəxananın üstdən görünüşü doğrudan da əsl xaç formasında olduğundan onun özülünün qoyulma və istifadəyə verilmə ili, həmçinin memarının kim olduğu araşdırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən lent.az-a həmin tibb müəssisəsinin 2 saylı xəstəxana olduğu bildirilib. Xəstəxana çoxprofilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım təyinatlıdır. Tutumu 400 çarpayılıqdır. Xəstəxananın rəsmi ünvanı Sumqayıt şəhər, 57-ci məhəllə Sumqayıt-Novxanı şossesinin 5-ci km-dir.
İcra hakimiyyətindən 2 saylı xəstəxananın özülünün 1988-ci ildə qoyulduğu bildirilib. Xəstəxana 1992-ci ilin noyabrında istifadəyə verilib. Hələlik tikilinin layihəsinin kim tərəfindən hazırlandığını dəqiqləşdirmək mümkün olmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here