Türkiyənin tanınmış ilahiyyatçı din xadimi Ömər Döngəloğlu vəfat edib. İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl covid-19 virusuna yoluxan Döngəloğlu, müalicə edildiyi Başakşehir xəstəxanasında bu gün dünyasını dəyişib.

Müxtəlif telekanallarda yayımlanan dini proqramlarda aparıcılıq edən din xadiminin mövzuları əsasən Əhli-Beyt və Rasulullahın səhabələri olurdu.

Qeyd edək ki, Ömər Döngeloğlu 1968-ci ildə Türkiyənin Tokat vilayətinin Zile rayonunda anadan olub. Zile imam-hatib məktəbindən məzun olduqdan sonra Sakarya universietinin ilahiyyat fakultəsini bitirib.

Bizimsesimiz.info heyəti olaraq mərhuma Allahdan rəhmət, kədərli ailəsinə səbr arzulayırıq

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here