Müsəlmanların dini bayramları Qurban və Ramazan bayramları Ukraynada dövlət bayramı statusunu alacaq.

TED.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar xalqının nümayəndələri ilə görüşü zamanı bəyan edib.

“Vladimir Zelenski tərəfindən yaxın günlərdə Qurban bayramı və Ramazan bayramının dövlət dini bayramları statusu alacağına dair sərəncam imzalanmağı planlaşdırılıb”, — deyə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Bundan əlavə, Zelenski Kiyevdə və Xerson bölgəsi ilə Krımın sərhədində böyük məscid inşa edəcəyini bildirib.

“Yarımadanın sakinləri krımlılara, Krım tatarlarına necə münasibət bəslədiyimizi görsünlər”, — deyə prezident qeyd edib.

 

Görüş zamanı Ukrayna lideri Krım Xalqlarının Deportasiya Qurbanlarının Anım Günü münasibətilə başsağlığı verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here