Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bizimsesimiz.info-nun məlumatına görə, bu barədə R.T.Ərdoğan öz “Twitter” hesabında yazıb.

Təbrikdə deyilir: “Azərbaycan Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here