Rusiyada son sutka ərzində daha 8 246 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub…

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 537 210 nəfərə çatıb. Son sutka ərzində 143 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 091 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 284 539 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here