“Operativ Qərargah tam təcirddən imtina edib, ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun  sözlərinə görə,  son 1 ayda gündəlik koronavirusa yoluxma sayı 3 dəfədən çox artıb:
“Ötən ayın 14-ü gündəlik yoluxma 121 nəfər olduğu halda hazırda (qrafikə baxın) 387-yə çatıb. Ötən həftənin şənbə-bazar günü Bakıda və bir sıra şəhər, rayonlarda tam karantin tətbiq edildi. İyunun 6-sı tarixindən artıq 8 gün ötüb. Operativ Qərargahın açıqlamasına görə, yoluxma simptomları özünü 2-14 gün arasında göstərir. Ən azı 2 günlük tam təcrid özünü müsbət mənada göstərməli idi. Ancaq tendensiya yalnız artım istiqamətində gedir”.
Samir Əliyev hesab edir ki, tam təcrid ən azı 2 səbəbdən effekt vermir:
1. Tam təcriddən 1 gün qabaq və sonrakı günlərdə adi vaxtlarda olduğundan daha çox sıxlıq yaranır və bu da yoluxma üçün əlavə zəmin yaradır.
2. Tam təcrid insanlarda özünüqoruma vərdişlərinin formalaşmasına mane olur.
Ola bilsin, tam təcrid səbəbindən yoluxma sayında hansısa gün əhəmiyyətli azalma olsun, ancaq bu müvəqqətidir. Sonrakı günlər qaydalara əməl edilməməsi azalmanı kompensasiya edəcək. Operativ Qərargah tam təcriddən imtina edib, ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here