Dünyada koronavirusa yoluxma halların sayı sutkada 16,8 mindən çox artaraq 9,68 milyonu keçib. Ölənlərin sayı 5 min nəfər artaraq 488 mini keçib.

Ötən sutka ərzində 168 977 nəfər yeni koronavirusa yoluxub, 5 003 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 689 795, ölənlərin isə 488 962 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 4 604 134 yoluxma və 230 165 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 600 590, ölənlərin sayı isə 194 972 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 969 656 yoluxma və 22 003 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here