Türkiyədə keçirilən son sorğuda AKP 36 faiz səslə liderliyini qoruyub.

Axar.az xəbər verir ki, bu barədə İstanbul İqtisadi Araşdırmalar rəhbəri Can Səlcuqi deyib.

29-30 iyunda 1514 nəfər arasında keçirilən sorğunun nəticəsinə görə, AKP 36,27, CHP 18,63, HDP 10,43, MHP 9,5, İYİ Partiyası 9,2 faiz səs toplayıb.

AKP-dən ayrılan Əli Babacanın qurduğu DEVA Partiyası isə 2,4 faizlə kifayətlənməli olub.

Respondentlərin 10,7 faizi seçimdə çətinlik çəkib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here