Suriyada 9 il davam edən vətəndaş müharibəsindən sonra dövlət başçısı Bəşər Əsədin istefa verəcəyi və bəlli bir ölkəyə sığınacağı iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.

Məlumatda Suriyadakı rejimin başçısının Yaxın Şərqdəki ölkələrdən birinə üz tutacağı bildirilib. İddiaya görə, Əsəd yaxın günlərdə televiziyadakı çıxışında istefasını Suriya və dünya ictimaiyyətinə açıqlayacaq.

Yaxın Şərq üzrə mütəxəssis Turan Qışlaqçı bildirib ki, Əsədin istefasını gözəyən bir çox ölkələr bundan sonrakı mərhələdə Suriyaya göstərcəkləri maddi yardımın həcmini artıq müəyyən ediblər.

O, bu pulların Əsədin istefasından sonra Suriyada xərclənəcəyini deyib.

“Blumberq” agentliyinə danışan Rusiyanın Suriyadakı keçmiş səfiri Aleksandr Şumilin də rejim başçısı ilə bağlı ilginc fikirlər səsləndirib: “Kreml Suriyadakı baş ağrısından xilas olmalıdır. Problem Əsəd və komandası ilə bağlıdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here