Müsəlman Salma Laxani Kanadanın Alberta ştatına qubernator köməkçisi vəzifəsinə təyin olunub.

Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, ölkə taxində ilk dəfə belə təyinat qeydə alınır. Baş nazir yeni təyin olunmuş qubernator köməkçisinin ölkə və bütün kanadalılar üçün layiqincə xidmət göstərcəyinə və ilham qaynağı olacağına inandığını bildirib.

İş adamı Salma Laxani qadın haqları, sağlamlıq xidmətləri, təhsil və yeni miqrantlarla bağlı gördüyü işləri ilə tanınır.
40 ildən çoxdur Alberta ştatının paytaxtı Edmontonda yaşayan Laxani, 2005-ci ildə ştatdakı əvəzsiz xidmətlərinə görə Albertanın Yüzillik Medalına (Alberta Centennial Medal) layiq görülüb. Kanadada qubernator köməkçiləri Kanada Ümumi Qubernatorluğu tərəfindən təyin olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here