Dünyanın ən böyük şəhərinin adını eşitsəniz, təəccüblənəcəksiniz. Böyük ehtimalla bu adla heç vaxt qarşılaşmamısınız. Ərazisinə görə dünyanın ən böyük şəhəri sayılan Çuntsin Azərbaycan boydadır.

Bizimyol.info xəbər verir ki, Çin şəhərinin əsası təqribən 3 min il əvvəl qoyulub. Amma şəhər statusu 1929-cu ildə verilib. İş orasındadır ki, Çuntsin ənənəvi şəhərlərdən fərqlənir. Buranı daha çox böyük bir inzibati ərazi adlandırmaq olar. Elə mütəxəssislər də bunun mübahisəsini edir. Fikir belədir ki, 36 rayonu özündə cəmləşdirən mərkəz tabeli şəhər ənənəvi formatdan uzaqdır. Yəni Çuntsinin dünyanın ən böyük şəhəri adlandırılmasının əleyhinə çıxırlar. Amma fakt faktlığında qalır. Bu ərazi 82.3 min kvadrat kilometri əhatə edir. Çuntsin Azərbaycandan azacıq kiçikdir.

Çuntsinin əhalisi də çoxdur. Rayonları saymaqla ümumi say 32.75 milyon nəfəri ötür.

Coğrafiyaşünasların əksəri yenə də fikrində qalır. Onlar 2188 kvadrat kilometr ərazisi olan Tokionu dünyanın ən böyük şəhəri sayırlar. Nyu-York isə şəhərətrafını nəzərə almaqla (8683) hamını geridə qoyur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here