“Aprel ayından bəri Moskvada karantin rejiminin pozulmasına görə 54 min cərimə yazılıb. Moskva əhalisinə görə 2 Azərbaycan boydadır”…

TİA.AZ  xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bu dönəmdə Azərbaycanda hökumət 70 mindən çox cərimə yazıb:

“Bizimkilər elə bilir ki, cərimə virusdan qorunma duasıdır, yazdın, vəssalam, yoluxma olmayacaq. Cərimə məsələsinin fəlsəfəsini də doğru anlamırlar, əslində cərimə ən son addımdır. Belə ki, əvvəl ciddi təbliğat aparırsan, sonra təşviq addımları atırsan (məsələn, pulsuz maska paylayırsan), sonra xəbərdarlıq edirsən, bütün bunlardan sonra isə cəriməyə əl atırsan. Bizdə isə tarixən cərimə məsələsinə o məşhur lətifədə olan kimi baxıblar-əvvəl qulaqları kəsib, sonra sayıblar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here