Bir neçə gün əvvəl ermənilərin Moskvadakı konsul və diaspora rəhbərinin Food City bazarından qovulması ölkə mətbuatında geniş işıqlandırılmışdı.

Hurriyyet.org xatırladır ki, bir çoxları bazar rəhbərliyini milli qəhrəman statusuna qaldırmış, bəziləri isə bu hərəkətin qarşılıqlı təhlükəsi barədə xəbərdarlıq etmişdi.

Bu gün Rusiya Erməniləri Birliyinin mətbuat xidməti özünün Facebook səhifəsində yuxarıdakı hadisəyə yekun vurulduğunu bəyan edib. Təəssüf ki, bu dəfə də bizimkilərin qəhrəmanlığı “bir neçə günə” çatıb.

Paylaşımdan göründüyü kimi, bazarın sahibi olan şirkət bir daha milli diskriminasiyaya yol verməyəcəyinə boyun olub.

Sonda xatırladaq ki, iki gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bu mövzuda Ara Abramyan və Qod Nisanovla (Food City) görüşlər keçirmişdi.

Bizə isə bazar rəhbərliyinin məsələyə münasibətini gözləmək qalır.

NOCOMMENT.AZ

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here