Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Moskvadakı Şəfaət Monastrının abbatı Feofaniyanı bahalı “Mercedes Benz S” markalı avtomobilindən imtina etməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə monastrın İctimaiyyətlə əlaqələr üzrə bölməsinin müdiri Vladimir Leqoyda “Telegram” kanalında paylaşıb.

O bildirib ki, monastra verilən ianə və sosial yardımlar hesabına alınan maşın xeyriyyə məqsədləri üçün istifadə edilməlidir.

Patriarx bütün rahibləri lüks avtomobillərdən istifadə etməməyə çağırıb.

Məlumata görə, Kirill əvvəllər də bununla bağlı dəfələrlə müraciət edib. Hətta 2012 və 2017-ci illərdə iki dəfə tövsiyəsi olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here