Bizimsesimiz.info // Dünyada yeraltı enerji ehtiyatlarının enerji mənbələrində xüsusi çəkisi 2050-ci ilə kimi 50%-ə qədər azalacaq, amma 2034-cü ildən etibarən təbii qaz əsas enerji mənbəyinə çevriləcək.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donskoy tərəfindən Tümendə keçirilən neft-qaz forumunda verilib.

“Enerji mənbələrinin diversifikasiya edilməsinə baxmayaraq, ekspertlərin fikrincə, 2050-ci ilə kimi, yeraltı enerji mənbələrinin xüsusi çəkisi 80%-dən 50%-ə enəcək. Neft və qazın payı 44% təşkil edəcək. Hazırda isə bu göstərici 53%-ə bərabərdir”,- deyə nazir açıqlamasında deyib.

“Rusiyanın əsas neft- qaz hövzələri olan Qərbi Sibir, Volqa-Ural, Şərqi Sibir kimi bölgələrdə istismar son həddə yaxınlaşıb. Bu bölgələrdə iri yataqların aşkar edilməsi faktiki olaraq imkansızdır. Yeni iri yataqların Sibirin şimalında və kontinental şelfdə aşkarlanması ehtimalı isə yüksəkdir”, – Sergey Donskoy bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here