Bizimsesimiz.info // Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycana böyük jest etməsi ilə gündəmə gəlib.

APA-nın xəbərinə görə, görə, yunan-Roma güləşçisi gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Mutlu bu sevinci Azərbaycan bayrağını qaldıraraq yaşayıb.

Belə ki, Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.

Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.

Qeyd edək ki, Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here