3 ölkənin xarici işlər nazirləri Antalyada Suriya məsələsinə həll yolu axtaracaq

Bizimsesimiz.info // Suriya böhranına həll yolu tapma cəhdləri davam edir. 3 ölkənin xarici işlər nazirləri Antalyada bir araya gələcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avroya turuna çıxan Livanın Xarici İşlər naziri Gibran Bassil ilə Ankarada birgə mətbuat konfransı keçirdi.

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri noyabrın 22-də Soçidəki Liderlər Zirvəsindən əvvəl Antalyada görüş keçirəcək.

Çavuşoğlu mətbuat konfransında bu məsələyə toxunaraq deyib ki, bundan sonrakı prosesdə siyasi həll yolunun diqqət mərkəzində saxlanıldığı üçtərəfli zirvə keçiriləcək. Daha əvvəl isə yüksək səviyyəli bürokratlar bir araya gələcək. Həftə sonunda 3 ölkənin xarici işlər nazirlərinin toplantısı baş tutacaq. Həmin çərçivədə bütün mövzuları dəyərləndirmə imkanımız olacaq .

Nazir Çavuşoğlu Livan böhranının isə müzakirə vasitəsilə həllini arzu etdiklərini bildirərək Türkiyənin məsələnin həlli üçün istənilən dayağı verməyə hazır olduğunu söyləyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.