“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (I hissə)
Bizimsesimiz.info // Saytımızın əziz izləyiciləri! Bu gündən etibarən saytımızda İslam tarixinin son dövrdə dahi şəxsiyyəti, siyasi-ictimai xadimi və müsəlmanların bu dövrdəki yol xəritəsi olan Milli Görüş davasının lideri Nəcməddin Ərbakanın (Allah ondan razı olsun) biz müsəlmanlara miras olaraq buraxdığı “Davam” kitabını Azərbaycan türkcəsində hissə-hissə veririk. Buyurun, doya-doya oxuyun :
Doğru Yol Partiyası Təşkilat Komitəsinin üzvü Taleh Hüseynli
GİRİŞ
1926-cı il 29 noyabr tarixində Sinopda anadan oldum. Atam Adanada hökmranlıq etmiş Kozanoğlu sülaləsindən Mehmet Səbri Ərbakandır. Anam Sinopun tanınmış ailələrindən birinin qızı olan Qəmər Xanımdır.
Ağır cinayətlər üzrə məhkəmə rəisi olan atam məmləkətin bir çox yerlərində vəzifəsini icra etdiyi üçün, uşaqlığımız müxtəlif şəhərlərdə keçdi. İbtidai məktəbə təhsilimə Kayseri Cümhuriyyət İbtidai Məktəbində başladım. Atamın təyinatı Trabzona çıxdığına görə ibtidai məktəbi burada tamamladım. 1937-ci ildə qəbul olunduğum İstanbul Litseyini 1943-cü ildə bitirdim.
Litseydəki təhsilimdən sonra İstanbul Texniki Universitetinə qəbul olundum. Bizim dövrümüzdə litsey əlaçılarının imtahansız qəbul olunmaq hüququna baxmayaraq, imtahana girməyi seçdim. İmtahan nəticəsinə əsasən, universitet təhsilinə birbaşa ikinci kursdan başladım. 1948-ci ilin yayında məzun olar-olmaz, həmin universitetin Maşınqayırma fakültəsinin Mühərriklər bölməsində asistant olaraq işə başladım.
1951-ci ildə universiet tərəfindən Almaniyada yerləşən Açen Texnixi Universitetində elmi araşdırmalar aparmaq üçün ezam olundum. Almaniya ordusu üçün araşdırma aparan DVL Araşdırma Mərkəzində professor Şmit ilə birlikdə çalışdıq. Bir il yarımlıq bu çalışma müddətində biri doktorluq dissertasiyası olmaqla, üç dissertasiya hazırladıq. Almaniya universitetlərində keçərli olan doktor ünvanını burada aldıq.
Bu dissertasiyalar Almaniya İqtisadiyyat Nazirliyinin diqqətini çəkincə, bizdən mühərriklərin daha az yanacaq sərf etməsi haqqında bir hesabat hazırlamağımız istənildi. Bu arada da “Dizel Mühərriklərdə Püskürdülən Yanacağın Alışmasının Riyazi İzahı” mövzusundakı dosentlik dissertasiyamızı hazırladıq. Dissertasiya elmi jurnallarda yayımlanınca, o tarixdə Almaniyanın ən böyük mühərrik istehsalçısı olan Deutz Mühərrik Fabriklərinin baş direktoru professor doktor Flatz tərəfindən Leopard tanklarının mühərrikləriylə bağlı araşdırmalar aparmaq üçün bu fabrikə dəvət edildik. Bizim dokorluq dissertasiyasında üzərində çalışdığımız mövzular ilə bağlı olduğu üçün, orada bizə Tədqiqat Baş Mühəndisliyini təklif etdilər.
Leopard tank mühərrikləri inkişaf baxımından texniki problemləri çox çətin olan qüsurlu bir mühərrik idi. Çünki, II Dünya Müharibəsi əsnasında Rusiyada döyüşərkən, almanların bu tanklarının yanacağı donmuş və işləməmişdi. Leopardların ən çətin hava şərtlərində donmadan çalışa bilməsi üçün yanma sisteminin yenidən nizamlanmasına böyük əhəmiyyət verirdilər. Biz bu fəaliyyətləri həyata keçirdik. Həmin dövrdə Almaniya İqtisadiyyat Nazirliyinin Ruhr sahəsindəki fabriklər üzərində tədqiqat apara bilmək üçün vəzifələndirilən heyətə qatılmağım istənildi. Almaniya II Dünya müharibəsindən yenicə çıxmışdı. Ayaqda qala biləcək demək olar ki, heç bir bina yox idi. Almaniyada qaldığım bu müddət ərzində Almaniyadakı ağır sənayeyə keçid cəhdlərini və fəaliyyətlərini yerində görmək imkanı tapdıq. Bütün bu fəaliyyətlər, Almaniya-Ruhr sahəsində gördüyüm fabriklər Türkiyədə də ağır sənayeyə cəhdlərin başladılması fikrinin bizdəki ilk qığılcımları oldu. Yerli bir mühərrik sənayesi qurmağın və tamamilə yerli olan fabriklərə sahib olmağın Türkiyə kimi yoxsulluqdan təzəcə çıxmağa çalışan bir ölkə üçün nə qədər önəmli və vacib olduğunu anladım. “Milli Ağır Sənaye” fikri o gündən sonra Milli Görüş Davasının ən önəmli hədəflərindən biri olaraq həyatımızda yer aldı.
Almaniyadakı fəaliyyətimiz sırasında bizi təsirləndirən və üzən bir hadisə də budur:
Biz o fabriklərdə bir yandan işləyib, bir yandan da tədqiqatlar apararkən, Türkiyə Kənd Təsərrüfatı Təchizat Qurumunun Almaniya fabriklərinə verdiyi mühərrik sifarişilərini gördük. Bu mənzərə bizim Türkiyədə milli mühərrik sənayesi qurma qətiyyətimizi daha da möhkəmləndirdi. Bunları bizim millətimiz tamamilə öz imkanlarıyla edə bilərdi. Türkiyənin ilk milli sənaye nümunəsi olan Gümüş Motor Sənayesini, məmləkətini və millətini sevən 200 ortaqla qurmağımızın təməlində də həmin o mənzərə durur.
Əlbəttə, sənayeləşmə davası asan bir mücadilə olmadı. Gümüş Motor Fabriki qurularkən, ölkədə önəmli hadisələr yaşandı. Fabrikin qurulmağa başlamasının ardından iki böyük devalvasiya oldu. 2 lirə 80 quruş olan 1 ABŞ dolları 9 lirə 20 quruşa yüksəldi. 6 milyon lirə ilə qurmağı planlaşdırdığımız fabrikin maliyyə xərcləri 25 milyon lirəyə yüksəldi.
Fabrikin arxasında bir bank, bir maliyyə qaynağı olmadığı üçün aradakı maliyyə fərqini bağlaya bilmək o illərin şərtlərindən dolayı min bir çətinliklə başa gəldi. Amma bu çətinlikləri fabrikdə çalışan insanlar gecə yarısına qədər işləyərək, bəzən heç aylıq maaş almayaraq öz səyləri və fədakarlıqlarıyla aşdılar.
Gümüş Motorun ilk prototipi düzəldilib test üçün aidiyyatı orqanara təslim edildiyi vaxt bir əngəl çıxdı. Nə imiş? Avropa standartlarına görə 5,6 litr olması lazım olan yanacaq bizim mühərrikdə 5,7 litr çıxıbdır. Bu səbəbdən qəbul edilməyəciyini söylədilər. Başa dönüb yenidən çalışmağa başladıq. Gümüş Motoru Avropa standartlarının da altında saatda 5,5 litr dizel sərf edən vəziyyətə gətirdik. Yenə standartlara uyğun olmadığı səbəbiylə rədd edildi. Əlbəttə ki, məsələ əslində standart məsələsi deyildi. Məsələ, Türkiyənin şaftalı yerinə mühərrik istehsal etmək istəməsiydi.
Gümüş Motor idarəçilərin, ortaqların və personalın səyləriylə bütün maneələri keçərək 1960-cı ilin martında seriya istehsalına başladı. Amma bu səfər də dempinq maneəsi çıxdı. İdxalatçı firmalar 10 min lirəyə satdıqları mühərrikləri 5 min lirəyə endirdilər. Gümüş Motor bu maneəni keçmək üçün böyük bir riski gözə aldı və qiyməti daha da aşağı endirdi. Bu dəfə onlar da daha əvvəl 10 min lirəyə satdıqları mühərriklərin qiymətini 2 min lirəyə qədər endirdilər. Məqsəd bəlli idi. Gümüş Motoru iflasa sürükləmək…
Montajçı zehniyyət Gümüş Motordan, Türkiyənin yerli və milli bir mühərrik istehsalından narahat olmuşdu. İdxalatçı firmaların demək olar ki hamısı da azlıqlara mənsub təmsilçilər idilər.
Gümüş Motor bu millətin sənayeləşmə davasında həqiqətən çox mühim bir cəhddir. Düşünün ki, 1956-cı ildə bir fabrik qurulubdur. Bu fabrik yerli mühərrik emal edibdir. Daha da önəmlisi bu millətin hər cür sənayeninin öhdəsindən gələ biləcəyi inancını ortaya qoyubdur. Bax, əsl böyük resurs və cəhd budur. Çünki, həmin illərdə təşkil olunan Avtomobil Konqresində “biz şaftalıdan başqa bir şey istehsal edə bilmərik” deyənlər vardı. Amma biz o konqresdə kürsüyə çıxıb “baxın, mühərrik istesal edildi” – deyə göstərincə, hamısının səsi kəsildi.
Bu ilk sənayeləşdirmə mücadiləmizdə, əlbəttə, rəhmətlik Mehmet Zahid Kotku xocamızın nəsihət və tövsiyələrini unutmağımız mümkün deyildir. Ölkəmizdə ilk yerli mühərrikin istehsalını çox təşviq etmişdir. Xoca əfəndi söhbətlərində mütəmadiyən milli sənayenin qurulmasının önəmindən bəhs edərdi. Dərgahın önündəki avtomobilləri göstərərək “Kaş ki, xarici ölkələrdən gətirilən bu avtomobillərin yerinə emal fabrikləri qura bilsək, ac-susuz ölkə insanlarımıza iş imkanı təmin edə bilsək…”, – deyərdi.
Türkiyənin iqtisadi baxımdan Qərbdən aslılığı mədəni aslıllığı da yanında gətirəcəyini söyləyərdi. Şüurlu müsəlmanların inkişaf üçün birləşmələrini, güclərini bir araya gətirmələrini tövsiyə edərdi. Yalnız vəzifə və şöhrət düşkünü olmayan insanların hakimiyyətə gəlməsiylə ölkəmizin inkişaf etdirilə biləcəyini vurğulayardı. Bu təşviq və söhbətlərin bizim üzərimizdə böyük təsirləri olmuşdur. Cənabi Allah onlardan razı olsun!
Nəticədə, hər cür əngəli aşaraq istehsala başlayan Gümüş Motoru 1969-cu ilin əvvəllərində dönəmin baş naziri rəhmətlik Adnan Menderes ziyarətə gəldi.
Mərhum Menderesin fabriki gəzdiyi gün, ölkəmizdə ilk dəfə yerli mühərrik emal edilməsindən duyduğu həyəcanı unutmağım mümkün deyildir. Fabrikin ehtiyacı olan və süründürməçiliklə qarşılaşan 1 milyon 300 min dollarlıq valyuta köçürülməsi işini də həmin gün yoluna qoymuşdur.
Mərhum Menderesin o gün söylədiyi “Mən bir əkinçiyəm. Oxşar mühərrikləri özüm istifadə etmişəm. İndi bu mühərriklərin Türkiyədə hazırlanmasının nə qədər böyük bir addım olduğunu çox yaxşı bilirəm. Ölkəmizdə bunların düzəldilə biləcəyini görmək məni son dərəcə məmnun etmişdir” sözləri hələ qulaqlarımdadır.
1960-cı il çevrilişindən sonra isə Mehdi Sunqur paşa Milli Birlik Komitəsi üzvlərini fabrikə gətirdi. Türkiyənin toplu iynə düzəldə bilmədiyi bir dövrdə, bizim mühərrik istehsal etməyə başladığımızı görüncə hər kəs təsirləndi. “Biz bu qəbil fabriklər qurulsun deyə, çevrilişi etdik. Bura bizim milli iftixarımızır. Nə lazımdırsa, nə istəyirsəniz hər birini yerinə yetirməyə hazırıq. Pul istəyirsizsə pul, qiymətli kağız istəyirsizsə qiymətli kağız”, – dedilər. O vaxtlar qiymətli kağız tapmaq çox çətin idi. Mən dedim ki, “- Xeyr! Biz pul da, qiymətli kağız da istəməyirik. Yeganə istəyimiz, generallara bir konfrans verməkdir”. Bunu eşidincə çaşdılar. , “İstəyə-istəyə, bunumu tapdınız? Bundan asan nə var?”, -dedilər.
( ardı var )
(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)
aromasin vs nolvadex difficile associated diarrhea Drug Interactions Anticoagulant therapy, antacids, barbiturates, carbamazepine, phenytoin Probenecid, chloramphenicol, macrolides, sulfonamides, tetracyclines, estrogen progesterone contraceptives Dosing 100 to 200 mg day in 1 to 2 divided doses Immediate release 500 mg to 1 g every 8 to 12 hours
This is a very important medication to know buy stromectol for humans
cheap cialis generic online It is easy to work with