4 otaqlı evi məcburi köçkün tərəfindən zəbt olunan Sumqayıtlı ailə 10 illərdir kirələrdə qalır-Prezidentə MÜRACİƏT (FOTOLAR)

“4 otaqlı evim məcburi köçkün tərəfindən zəbt olunub. Bu səbəbdən mən Sumqayıtda 10 illərdir kirələrdə qalıram. Bu illər ərzində kirayələrə 30 mindən çox pul xərcləmişəm. Şəxsi evimiz olsa da, bir o evdə yaşaya bilmirik”.

Bu barədə Tribunainfo.az-a Sumqayıtda qanuni 4 otaqlı evini məcburi köçkünlərin zəbt etdiyi şikayətçi Ağakişiyeva Həqiqət Feytulla qızı bildirib. O qeyd edib ki, evləri zəbt olunmamışdan əvvəl həyat yoldaşı Ağakişiyev Firuddin Balaqadaş oğluna uzun illər işlədiyi , Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi ) 1978-ci ildə verilən evdə yaşayıblar:

“Ailə üzvlərimizin sayı artığından mənzil sahəsi etdiyimiz müraciət əsasında artırıdı, bizə qaldığımız mənzili dövlətə təhvil verilməklə şərtilə 1994 –cü ildə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 21.04.1994-cü il tarixli, 391 saylı sərəncamı ilə yaşayış sahəsi 53,13 kvadrat metrdən ibarət 47-ci məhəllə, ev 13 , mənzil 22-də 4 otaqlı ev verildi. Lakin mənzilin orderi əlimizdə ola-ola sevincək təzə mənzilə köçmək istəyən zaman məlum oldu ki, mənzilimizin qapısı qırılaraq Kəlbəcər rayonundan qaçqın düşmüş Muxtarov Zakir Ədil oğlu, Muxtarov Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub.


O zaman ailəyə verilən evdə tikinti davam edirdi. Ümumiyyətlə bizim bina tam hazır deyildi, təhvil verilməmişdi. Kanalizasiya qoşulmamışdı, istilik , su, qaz xətti yox idi. Hətta mənzilin pəncərəsi belə qoyulmamışdı deyə biz həmin evə köçmədik ki, tam hazır olsun. Məcburi köçkünlər də evin sahiblərinin-bizim evdə olmamağımızdan istifadə edərək qapını qırıb evimizi zəbt etdilər.
Həyat yoldaşım rəhmətə gedənəcən (2019-cu ildə) öz evimizdə yaşamaq üçün uzun müddət mübarizə apardı , amma öz evində yaşamaq ona qismət olmadı.
Arzu edirəm heç olmasa övladlarımız öz evlərində yaşasın. Yoldaşımla bizim kimi Sumqayıtda evi zəbt olunmuş 66 ailə ilə birlikdə (bizə hətta “66-lar deyirdilər) uzun müddət mülkiyyət hüquqlarımızı bərpa etmək üçün fəaliyyət göstərmişik.
Bizim kollektiv və fərdi qaydada getmədiyimiz dövlət qurumu, döymədiyimiz qapı, yazmadığımız yer, görüşmədiyimiz məsul şəxs qalmadı, amma problemimiz indiyəcən öz müsbət həllini tapmayıb”.

Şikayətçi bildirib ki, bu müddət ərzində dəfələrlə “Qaçqınkom”un keçmiş sərdi Əli Həsənovla və indiki sədri Rövşən Rzayevlə görüşüblər:

“30 il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Sumqayıt icra hakimiyyətinə və onun bütün icra başçılarına , Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili olmuş (Ombudsman) Elmira Süleymanovaya, Baş Prokurorluğa, Ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədova, Prezident Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdiyimiz mürciətlər nəticəsiz qalıb və bir qayda olaraq şablon cavablar verilib.
Əlbəttə, qaçqınlar o zaman öz doğma el-obalalarını itiriblər. Biz bunu başa düşürük. Amma biz özümüz bunun nəticəsində evimizdən qaçqın, didərgin düşmüşük neçə illərdir. Didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir. Zəbt olunan mənzilimiz 27.08.2007-ci il tarixdən bizim adımıza özəlləşdirilib və hamımız indiyəcən elə o evdə qeydiyyatdayıq.

Mən 97-ci ildən şəkər xəstəsiyəm, insult keçirmişəm, iki dəfə ürəyimə stend qoyulub. Təzəlikcə əlim əməliyyat olunub, zobdan əməliyyat olunmuşam, təzyiq xəstəsiyəm. Mən az pensiyamla dərmanlara pulu güclə çatdırıram. Üstəlik kirayədə yaşayıram. Ev almağa imkanımız yoxdur. Yaşadığımız mənzildən çıxarılandan sonra kirələrdə qalmışıq. Oğlum öz ailəsi ayrı yerdə , mən , qızım , onun övladı və həyat yoldaşım vəfat gedənəcən 2 ayrı yerdə kirədə qalmışıq. Öz evimiz zəbt olunduğuna görə məcbur olaraq qaldığımız evlərin kirayəsinə indiyəcən 30 min manatdan çox pul xərcləmişik və xərcləyirik hal-hazırda da. Hələ mən narahatçılığımızı, digər xərcləri demirəm.

Oğlumun 3 uşağı var, biri, 15 yaşlı qız nəvəm ağır xəstədir, serebral iflic xəstəsidir.Onun xüsusi diqqətə ehtiyacı var.Maddi durumumuz yaxşı deyil, təkcə mənim pensiyamla və oğlumun aldığı az maaşla 8 nəfər çətinliklə dolanırıq. Əgər öz evimizi boşaltsaydılar və ya bizə uyğun ev versəydilər bir yerə yığışıb heç olmasa birtəhər yaşayardıq. Bütün məhkəmə insansiyaları bizim xeyrimizə qərar çıxarıb ki, zəbt olunan mənzil boşaldılsın və bizim mülkiyyət hüququmuz təmin olunsun.

Həyat yoldaşım Qanunvericlik ilə müəyyən edilmiş müddətlərdə mənim xeyrimə olan Sumqayıt şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnamənin icra edilməməsinə görə bizə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq hər iki qurumun ayrılıqda 10.000 manat ödənilməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırmışdı, amma bu tələbimiz də təmin olunmadı.

Sonda mətbuat vasitəsilə hörmətli Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək xahiş edirəm ki, ailəmin mülkiyyət hüququnun təmin olunması üçün bizə köməklik edəsiz” .

Mövzu ilə bağlı yazıda adı hallanan qurumların da fikrini işıqlandırmağa hazırıq.

15 COMMENTS

  1. I really like your blog.. very nice colors & theme. Did
    you make this website yourself or did you hire someone to do it for you?

    Plz respond as I’m looking to construct my own blog and would like to know where u got this from.

    thanks

    Visit my site SLOT88

  2. I know this if off topic but I’m looking into starting my
    own blog and was curious what all is required to get setup?
    I’m assuming having a blog like yours would cost a pretty penny?
    I’m not very web smart so I’m not 100% positive. Any recommendations
    or advice would be greatly appreciated. Thank
    you

    My website 메이저사이트

  3. ยินดีต้อนรับเข้าสู่ครอบครัว โคตร KS ทางเรายินดีให้บริการตลอด 24 ชั่วโมง
    Kardinal Stick เทคโนโลยีใหม่ล่าสุดในปี 2020 ด้วยดีไซน์ที่หรูหรา ใช้งานง่าย เหมาะแก่การใช้เป็นตัวเลือกในการเลิกบุหรี่ที่ดีที่สุดในตอนนี้
    ?

  4. I don’t know if it’s just me or if everybody else experiencing issues with your website.
    It appears like some of the text within your
    content are running off the screen. Can somebody else
    please provide feedback and let me know if
    this is happening to them too? This could be
    a issue with my browser because I’ve had this happen previously.
    Appreciate it

    My webpage: 먹튀검증

  5. ทางเราจำหน่าย kardinal stick ,
    ks quik , ks kurve
    ต้องขอบอกได้เลยว่า kschill.com เป็นตัวแทนหลักอย่างเป็นทางการในไทย ที่ใหญ่ที่สุด และเป็นเจ้าเดียวกับ RELX THAILAND สินค้าทุกแบรนด์
    ทุกรุ่น เราได้ทำการคัดสรร บุหรี่ไฟฟ้า ที่เป็นหนึ่งในนวัตกรรม ช่วยเลิกบุหรี่ ที่มีประสิทธิดีเยี่ยม และช่วยได้จริง มาให้ลูกค้าได้เลือกใช้ โดยสินค้าทุกชิ้นของเรา สั่งตรงจากโรงงาน

  6. ทางเราจำหน่าย kardinal
    stick , kks quik , ks kurve ต้องขอบอกได้เลยว่า kschill.com เป็นตัวแทนหลักอย่างเป็นทางการในไทย ที่ใหญ่ที่สุด และเป็นเจ้าเดียวกับ
    RELX THAILAND สินค้าทุกแบรนด์ทุกรุ่น เราได้ทำการคัดสรร บุหรี่ไฟฟ้า
    ที่เป็นหนึ่งในนวัตกรรม ช่วยเลิกบุหรี่ ที่มีประสิทธิดีเยี่ยม และช่วยได้จริง มาให้ลูกค้าได้เลือกใช้ โดยสินค้าทุกชิ้นของเรา สั่งตรงจากโรงงาน

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir