4 uşağı var, dördünün də bir-birindən qəribə adı

Çinin Şandun bölgəsində 27 yaşlı qadın Li Tsyuanın dördəmləri dünyaya gəlib. İkisi qız, ikisi oğlan olmaqla 4 uşağını eyni gündə, qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadın onlara qəribə ad seçib.

 

Belə ki, uşaqlar Şimal, Cənub, Qərb və Şərq adlandırılıb. Ana məktəbdə müəllimə işləyir, bir neçə il öncə ailə həyatı qurub. Əri də, özü də övlad arzulayan cütlük uzun müalicədən sonra buna nail olub. Hamiləliyinin 9-cu həftəsində qadına dördəm anası olacağı bildirilib. Uşaqlar hamiləliyin 33-cü həftəsində, yarımçıq doğulublar.

 

Ən balaca körpənin çəkisi 1.75 kilo olub. Körpələrin daxili orqanları inkişaf etməyib. Ona görə də körpələr minimum bir ay müddətində intensiv müalicə şöbəsində qalacaqlar. Bu il Çin qanunvericiliyində müvafiq düzəliş edilib ki, ailələr iki uşaqdan artıq dünyaya gətirə bilməzlər. Bundan öncə isə 1970-ci illərdə ölkədə “bir ailə-bir uşaq” modeli hökm sürürdü.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir