44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd olan Rövşən Zamanlı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində seçiciləri ilə görüşərək onlarların problemlərini dinləyib. Sonra isə onlara öz platformasını açıqlayıb. Sakinlər Rövşən müəllimə etimad göstərərək onu dəstəklədiklərini bildiriblər.
Rövşən müəllim mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirir, onları dinləyir və beləcə seçki təbliğatını davam etdirir.

Növbəti belə bir görüş bu gün Xızı rayonunun Giləzi kəndində aprel şəhidimiz Ravil Novruzovun ev muzeyində baş tutub. O, burada şəhidimizin valideynləri ilə Qarabağın azad olunmasını, şəhidlərimizin qisasının alınmasını, əsirlikdə qalan vətəndaşlarımızın azad edilməsini müzakirə edib, şəhid ailələrinin problemlərinin həlli istiqamətində görəcəyi işlər haqqında proqramların hazırlanmasını, şəhidlərimizlə bağlı sənədli filmlərin çəkilməsini, onların adlarının əbədiləşdirilməsini dilə gətirib.

 

Görüşlərini davam etdirən Rövşən Zamanlı gecə saatlarında Ximstroy adlanan massivdə digər seçiciləri ilə görüşərək onları diqqətlə dinləyib, onlarla səmimi söhbət edib, təhsil sistemində olan boşluqlardan, akademik milli təhsilin yaranmasından, milli mənəvi əxlaqın yüksəldilməsindən, ərazidə olan ekoloji problemlərin həlli istiqamətində görüləcək işlərdən danışıb. Əhalinin artması ilə yanaşı yeni məscidlərin tikilməsi əhalinin əsas istəklərindən biri olub.

 

Hazırladı. Rəşad Orucoğlu
Sebeketv.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here