5 qitədə 35 ölkəni piyada gəzdi – İndi də Azərbaycana gəlir – Fotolar

Amerikalı Tom Turkik 17 yaşlı sevgilisini yol qəzası səbəbilə itirdikdən sonra dünyanı gəzmək qərarına gəlib. 

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, o, 4 ildir ki, dünyanı piyada gəzir.

Səyahətə Amerikanın Nyu Cörsi ştatından başlayan Tom indiyə kimi Şimali Amerika, Cənubi Amerika, Antarktida, Afrika və Avropada bir çox ölkəyə səyahət edib. Ümumilikdə, 5 qitədə 35 ölkəni piyada fəth edən Tom 16 min kilometr yol qət edib. Hazırda İstanbulda olan səyyah bir neçə gün burda qaldıqdan sonra Gürcüstan, Azərbaycan və Qazaxıstandan keçərək Avstraliyaya gedəcək.

Qeyd edək ki, gənc səyyaha səyahətlərində Savanah adlı 4 yaşlı iti yoldaşlıq edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir