Yanvarın 2-si Türk musiqisinin görkəmli sənətkarı, müğənni, şair, bəstəkar, aktyor və proqram aparıcısı Barış Mançonun doğum günüdür.

Open.az xəbər verir ki, bu gün mərhum sənətkarın 77 yaşı tamam olur.

Barış Mançonun doğum günündə sevənləri onu hörmətlə yad edib.

Qeyd edək ki, əsl adı Tosun Yusuf Mehmet olan Barış Manço 1943-cü il yanvarın 2-də İstanbulda anadan olub.

Barış Manço Türkiyədə rok musiqisinin qabaqcılığı və Anadolu kaya janrının qurucularından biri olub.

77 yaşlı Barış Manço Barış Manço “7’den 77’ye” televiziya proqramı ilə dünyanı gəzib. Adı səyyah sənətçi kimi məşhurlaşıb.

Yaratdığı “Kurtalan Ekspres” qrupu ilə birlikdə Türkiyə ilə yanaşı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da konsert proqramı ilə çıxış edib.

Barış Manço 1999-cu il fevralın 1-i 56 yaşında ürək tutmasından vəfat edib. Məzarı Kanlıca qəbiristanlığındadır.

Ülviyyə Həsənqızı

 

77 yaşlı Barış Manço

https://youtu.be/RTpyeclPZuU

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here