9 ayda Gürcüstan turizmdən 2,6 milyard dollar qazanıb

Gürcüstanın Milli Turizm Administrasiyası yeni statistika açıqlayıb. Novator.az-ın məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Gürcüstanı 7,5 milyon əcnəbinin ziyarət etdiyi bildirilir. Ziyarətçilərin 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11% artdığı qeyd olunur.

4,1 milyon nəfərin Gürcüstana turizm məqsədilə gəldiyi, turist sayında 2017-ci ilin yanvar-oktyabr aylarına nəzərən 17,5% artım olduğu vurğulanır.

Yanvar-sentyabr aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 2,6 milyon dollar göstərilir. Bu, ötən ilin eyni dövrünə nisbətdə 20,5% çoxdur.

2018-ci ilin ilk yarısında ümumi daxili məhsulda turizmin payı 7,1%-ə bərabər olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir