95 yaşlı faşist məhkəmə qarşısında
Faşist Almaniyası dövründə Polşadakı “Stutthof” əsir düşərgəsində gözətçi kimi çalışan Yohan Rehbogenin məhkəmə prosesi başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Münsterdə start götürən prosesdə 95 yaşlı Rehbogen o dövrdə törədilmiş cinayətlərə kömək etməkdə ittiham edilir. Həmin illərdə o, 21 yaşdan gənc olduğu üçün işə Əyalət Gənclik Məhkəməsi baxır. Yohanın yaşı və sağlamlığı səbəbilə məhkəmə prosesi gündə 2 saat davam edir. Məhkəmə Yohan Rehbogeni suçlu elan etsə, ona həbs cəzası veriləcək, lakin yaşı səbəbilə həbsxanaya göndərilməsi gözlənilmir.
Qeyd edək ki, “Stuthof”da 1942-1944-cü illərdə 65 min nəfər öldürülüb.