ABŞ-ın 196 atom bombası atmaq istədiyi SSRİ-in 20 şəhərinin siyahısı. Qorxunc siyahıda Bakının da adı keçib

Bizimsesimiz.info // II Dünya Müharibəsinin sonlarında ABŞ ona potensial rəqib olacaq yeganə dövlətin SSRİ olduğunu çox gözəl anlayırdı. Bunu nəzərə alan ABŞ Dünyanın sonunu gətirə biləcək bir plana sahib idi.

Belə ki, II Dünya Müharibəsinin sonlarında ABŞ-ın 196 atom bombası ilə SSRİ-in 20 şəhərini bombalamaq kimi qorxunc bir plan ABŞ-ın rəsmi sənədlərində öz əksini tapıbdır.
ABŞ-ın Birləşmiş Hərbi Planlaşdırma Komitəsinin qəbul olunmuş 14 dekabr 1945-ci il tarixli 432/d nömrəli direktivində deyilir: “Əlavəyə (3 noyabr 1945-ci il tarixli sənədi – redak.) qoşulmuş xəritədə… Sovet İttifaqının 20 əsas sənaye mərkəzi və əsas sovet nəqliyyat xətti olan Transsibir magistralı göstərilmişdir. Bizim hesablamalamalarımıza görə, göstərilən bazalardan hərəkətə başlayan və bütün 196 bombanın (buraya 100% də ehtiyat daxildir) hamısından istifadə edən ABŞ SSRİ hərbi qüvvələrinin sənaye mənbələrinə elə dağıdıcı zərbə endirməlidir ki, nəticə etibarilə zərbə həlledici ola bilər”.
Qeyd edək ki, bu 20 şəhərin əhalisinin ümumilikdə sayı o dövrdə 13 milyon nəfər idi.
Şəhərlərin siyahısı:
1. Moskva
2. Leninqrad
3. Kuybışev
4. Sverdlovsk
5. Novosibirsk
6. Omsk
7.Saratov
8. Kazan
9. Qorki
10. Çelyabinsk
11. Bakı
12. Daşkənd
13. Nijni Tabel
14. Tbilisi
15. Maqnitoqorsk
16. Qroznı
17. Perm
18. Novokuznetsk
19. İrkutsk
20. Yaroslavl

2 COMMENTS

  1. After checking out a number of the articles on your web site, I truly appreciate your technique of blogging.
    I saved it to my bookmark webpage list and will be
    checking back in the near future. Please
    check out my website as well and let me know
    your opinion.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir