ABŞ-ın birinci xanımı Tramp-Putin görüşünü yarımçıq dayandırmaq istəyib
ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Birləşmiş Ştatların birinci xanımı Melanya Tramp Amerika lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüşü yarımçıq dayandırmağa cəhd edib.
Virtualaz.org NBC telekanalına istinadən xəbər verir ki, Tillersonun sözlərinə görə, Melanya Tramp görüşü yarımçıq kəsmək istəsə də, alınmayıb, çünki iki dövlət başçısının müzakirə etməli xeyli vacib məsələləri olub.