ABŞ bütün dünyaya yalan danışır- ƏRDOĞAN
Bizimsesimiz.info // ABŞ nümayəndələri İstanbulda həbs olunmuş konsulluq əməkdaşı Mətin Topuzla görüşə bilmədikləri barədə yalan danışırlar.
Bizimsesimiz.info axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“ABŞ bütün dünyaya yalan danışır. Konsulluq əməkdaşının 4 oktyabrda həbsindən sonra heç kim onunla görüşməyi qadağan etməyib. Onlara sənəd lazımdır? Həmin sənədi XİN yox, məhkəmə verəcək”, – Ərdoğan deyib.
Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb.