ABŞ casus peykini orbitə yolladı
Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatlarının Milli Kəşfiyyat İdarəsi (NRO) Kaliforniya ştatından kosmosa casus peyki uçurtdu.
NROL-42 peykini daşıyan Atlas-5 raketi Kaliforniyadakı Vandenberq Hava Qüvvələri Bazasından sentyabrın 23-ü axşam havaya qalxdı.
Casus peykinin vəzifə və orbiti haqqında məlumat verilməyib.
Qeyd edək ki, NRO peykləri ABŞ milli təhlükəsizliyi üçün məlumat toplayır və təbii fəlakətlərin təsirlərini müəyyən edir.