ABŞ-ın Dərin Dövləti – Xarici Əlaqələr Şurası (II hissə)
Bizimsesimiz.info // Xarici Əlaqələr Şurası (XƏŞ) bundan sonra ABŞ-ın siyasi həyatında get-gedə təsirini artırmağa davam etdi
Artıq prezident Rooseveltin hakimiyyəti dövründə XƏŞ amerikan siyasi həyatının iplərinin çoxunu öz əlində tuturdu. Maliyyə naziri Morgenthaudan başqa XƏŞ üzvləri arasında xarici işlər naziri Edward Stettinus, müdafiə naziri Henry Stimson və xarici işlər nazirinin müavini Sumner Welles də vardı. 1934-cü ildən bu yana demək olar ki, bütün xarici işlər və müdafiə nazirləri bu təşkilatın üzvləri olublar. Bunların çoxu da yəhudi mənşəlidirlər.
Birləşmiş Millətlər Təşkilatı
BMT XƏŞ-in yaratdığı qurumdur. Heç də təsadüfi deyildir ki, BMT-in binası Nyu-Yorkun Manhattan rayonunda XƏŞ-in ölənə qədər sədrliyini etdiyi David Rockefellerin bağışladığı ərazidə ucaldılıbdır. 1945-ci ildə Birləşmiş Millətlər nizamnaməsini hazırlayan San-Fransisko konfransındakı amerikan heyətində bu şəxslər var idi: XƏŞ üzvləri Nelson Rockefeller, John Foster Dulles, John McCloy, Herry Dexter White, Owen Lattimore və konfransın baş katibi Alger Hiss. XƏŞ BMT-in amerikan nümayəndə heyətinə nə az nə çox, düz 47 üzvünü göndərdi və sonuncusu (Alger Hiss) feilən idarə etdi.
XƏŞ üzvü olmuş şəxsin etirafları
Xoş niyyətlərlə bu təşkilata qatılan, sonradan təşkilatın mahiyyətini anlayaraq buradan uzaqlaşan üzvlər də az deyildir. Onlardan biri də 10 ildən çox XƏŞ üzvü olmuş Amiral Chester Ward 1975-ci ildə yazdığı kitabda bunları qeyd edir:
“Wall Street” dünya bankirləriylə onların kilid rolu oynayan nümayəndələrindən ibarət kiçik amma daha güclü bir qrup var. Onlar dünya bank sistemini tamamilə öz əllərində saxlamaq istəyirlər. Bu fraksiyanın başında Rockefeller qardaşları dayanır. Bunlar dünyadakı ən güclü kəsimin üzvləridirlər. XƏŞ-in 1993-cü il raporuna əsasən üzvlərinin nüfuz və təsiri elm dünyasının, məmur bürokratiyasının, iş dünyasının və medianın öndə gələnlərinə qədər əhatə etməkdədir.
XƏŞ hökumətin özüdür
XƏŞ özünü müdafiə üçün daim bu sözləri dilə gətirir: “Biz çox fikrə ev sahibliyi edirik. Ancaq heç birini müdafiə etmirik və amerikan hökumətiylə heç bir əlaqəmiz yoxdur”. Yazar William Blase də bu sözlərə münasibətini belə bildirir: “Bəli, bunları saymasaq heç əlaqələri yoxdur. Şuranın bir üzvü prezident seçildi. Onlarla üzvü hökumət kabinetlərində yer aldı. Konqresdə, Ali Məhkəmədə, Baş Qərargahda, Federal Rezervdə onlarla üzvləri vardır. XƏŞ-in hökumətlə əlaqəsi yoxdur. Çünki, hökumətin məhz özüdürlər. ”
Dünya Bankı və IMF skandalı
XƏŞ təkcə siyasi və hərbi əməliyyatların tətikçisi deyildir. O həm də iqtisadi əməliyyatların da mərkəzidir. Bu mövzuda baş vermiş ən son skandal The Observer müxbirlərindən Gregory Palast tərəfindən gündəmə gətirildi. Palast IMF və Dünya Bankının gizli sənədlərini açıqladı. Bu sənədlərdə IMF və Dünya Bankının inkişaf etməkdə olan ölkələri gizli müqavilələr imzalamağa məcbur etməsi və bu ölkələrin təbii sərvətlərinin beynəlxalq sərmayəyə peşkəş verilməsindən bəhs olunurdu. Dünya Bankı əvvəlcə Palastın açıqladığı sənədlərin saxta olduğunu iddia etdi. Ancaq sənədlər o qədər sağlam idi ki, sonda Dünya Bankının sədri James Wolfenshon sənədlərin həqiqi olduğunu etiraf etdi.