Bizimsesimiz.info // ABŞ-da yaşayan islam ölkələrinin vətəndaşları Fələstinin məzlum vətəndaşlarına dəstək üzrə Birləşmiş Ştatların müxtəlif şəhərlərində aksiya keçiriblər.

Əl-Məyadin televiziyasının məlumatına görə, paytaxt Vaşinqtonda etirazçılar sionist rejim səfirliyi qarşısına toplaşıb və güclü təhlükəsizlik tədbirləri altında cümə namazı qılıblar.

Etirazçılar əl-Əqsa məscidini işğal etmək, eləcə də Qüdsün əhalisinin bu müqəddəs məkana giriş-çıxışına məhdudiyyətin tətbiq edilməsi üzrə İsrail rejiminin siyasətlərinə qarşı çıxıb və Qüdsün ərəb kimliyinin dəstəklənməsini vurğulayıblar.

Sionist rejim 14 iyuldan əl-Əqsa məscidində fələstinlilərlə qarşıdurma ardınca, öz repressiv hərəkətlərini artırıb. Bu hərəkətlərdən fələstinlilərin bu məscidə girişinə məhdudiyyətin tətbiq olunmasını misal göstərmək olar.

Sionist rejimin düşmənçilik hərəkəti fələstinlilər və bir çox islam ölkələri və beynəlxalq rəsmilərin sərt reaksiyası ilə üzləşib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here