ABŞ-da Donald Trampın qərarına qarşı etiraz aksiyaları keçirilir
Bizimsesimiz.info // ABŞ Prezidenti Donald Trampın gənc qaçqınlara yardım kampaniyasını ehtiva edən “DACA” (Deferred Action for Childhood Arrivals) proqramını ləğvetmə qərarı ölkədə etirazlara səbəb olub.
Bizimsesimiz.info SalamNews-a istinadən xəbər verir ki, ABŞ-ın böyük şəhərlərində qərara qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nyu-York şəhəri başda olmaqla, ölkənin əksər bölgələrində insanlar küçələrə çıxıb. Ağ Ev önündə toplaşan etirazçılar “Tramp istefa”, “İrqçi Tramp” şüarları səsləndiriblər.
Proqramın icrasına 2012-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən başlanmışdı.