Bizimsesimiz.info // Dünya birjalarında neft bahalaşıb.

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,11 dollar və ya 2,47% artaraq 46,04 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,31 dollar və ya 2,75% artaraq 48,94 dollar olub.

Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” hasilatının azalması səbəb olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here