ABŞ-da irqçilərin nümayişi gərginlik yaratdı

Bizimsesimiz.info // ABŞ-da irqçilərin keçirdiyi nümayiş səbəbindən gərginlik yaşanıb. Modern.azxarici mediaya istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Çarlotesvil şəhərində qeydə alınıb. Belə ki, ərazidə yüzlərlə irqçinin nümayişindən dolayı fövqəladə vəziyyət elan edilib. XIX əsrdə Konfederasiya Ordusunun komandanı olan Robert E. Linin heykəlinin götürülməsinə etiraz olaraq irqçilərin etirazı ilə keçirilən etiraz nümayişində kütləvi dava yaşanıb.

Davada hətta odlu silahlardan da istifadə edildiyi bildirilib.

Nümayişdə “Yəhudilər yerimizə keçə bilməyəcək”, “Qan və torpaq”, “Tək xalq, tək millət”, “Miqrasiyaya son” şüarları səsləndirilib.

Şəhər bələdiyyəsi və polisi fövqəladə hal elan etməklə yanaşı, xüsusi təhlükəsizlik tədbirlərini gücləndirib.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir