ABŞ-da məsciddə partlayış

Bizimsesimiz.info // ABŞ-da partlayış törədilib. Bizim sesimiz.info Modern.az saytına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Minneapolis şəhərindəki məscidin yaxınlığında törədilib.

Məlumata görə, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib. Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir. Hazırda insidentin səbəbləri Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır.