ABŞ-da yaşayan türklər Gülənin evini mühasirəyə aldı
Bizimsesimiz.info // ABŞ-da yaşayan türklər Fətullah Gülənin Pensilvaniyada Pokono dağlarındakı imarətinin önündə nümayiş təşkil ediblər.
Nümayişçilər ABŞ hökumətinin Gülənə dəstək verməsini ciddi etirazla qarşılayıblar.
Nümayişə toplanan türklər Xüsusi Təyinatlı Qüvvələr Komandanlığını ələ keçirmək istəyən general Semih Terzini vuran və daha sonra şəhid edilən Halis Özdəmirin simasının əks olunduğu maskaları taxıblar.
Nümayişin sonunda etirazçıların bəyanatı və Gülənə edam şüarları səsləndirilib. / Enter.News