ABŞ daha bir ölkəyə ordu yeridib
Bizimsesimiz.info // ABŞ daha bir ölkəyə ordu yeridib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ xüsusi təyinatlıları artıq Liviyadadır. ABŞ hərbçiləri orada ordu qüvvələrinə terrorla mübarizədə yardım edir.
ABŞ-ın Afrika Qüvvələri Mərkəzinin (Afrikom) məlumatına görə, ABŞ hərbi qüvvələrinin kiçik bir qismi Liviyaya gedib, geri qayıtdı: “İŞİD-ə qarşı mübarizədə bunu etməyə davam edirlər. Digər müttəfiqlərimizlə birlikdə Liviyada Milli Birlik Hökumətinə xüsusi təyinatlı qüvvələrlə dəstək veririk”.