ABŞ-dan 11 İran vətəndaşına qarşı sanksiya tətbiqi
Bizimsesimiz.info // ABŞ İranın 11 vətəndaşı və bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ-nın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yazılı açıqlamasında bildirilir ki, İranın İnqilab Keşikçilər Korpusu ilə əlaqəsi olduğu deyilən 11 şəxs ballistik raket proqramını dəstəkləyir. Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.
Qeyd edək ki, ABŞ-nın sanksiyalar siyahısına daxil edilən şəxslər və təşkilatların ölkədəki aktivləri dondurulur və Amerika vətəndaşının siyahidəkilər ilə ticarətləri qadağan edilir.