Türkiyənin alacağı S-400 zenit raket sistemlərinin NATO texnikası ilə uyğunluğu sual altındadır.

Bizimsesimiz.info axar.az saytına istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib. Mettisin sözlərinə görə, yalnız alınan zenit raket sistemlərinin Türkiyəyə çatdırılmasından sonra nəticələri görmək mümkün olacaq.

“Problem bundadır ki, Rusiya istehsalı S-400-lər NATO texnikaları ilə birlikdə fəaliyyət göstərə biləcəkmi? Onlar heç vaxt bir-birinə uyğun gəlməyəcək. Türkiyə həqiqətən də bu sistemləri yalnız müəyyən edilmiş zonada tətbiq edəcək?”, – deyə Pentaqon lideri sual edib.

Xatırladaq ki, iyul ayının 13-də yayılan informasiyaya görə, Türkiyə Rusiyadan 4 ədəd S-400 raketləri almaq üçün 2.5 milyard dollar ödəyəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here