Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq, azad və ədalətli keçirilsin.

Oxu.Az-ın məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı deyib.

B.Brink bildirib ki, ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir:

“Həmişə deyirik ki, ABŞ seçki kampaniyaları çərçivəsində bütün əsas azadlıqları dəstəkləməyə sadiqdir. İnsan hüquqları və əsas azadlıqlara riayət olunması, enerji təhlükəsizliyi və digər vacib məsələlər Azərbaycanla münasibətlərimizin əsas şərtlərindən biridir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here